NATO Baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin İsveçin alyansa üzvlüyü ilə bağlı qərarını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Stoltenberq rəsmi "X" hesabında paylaşım edib.
"Mən Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyasına səs verməsini alqışlayıram. Artıq bütün müttəfiqlər təsdiq etdikdən sonra İsveç NATO-nun 32-ci müttəfiqi olacaq.İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək" - deyə Baş katib qeyd edib.

Bizim.Media