Polşada fermerlər martın 1-də Litva ilə sərhəddə Ukrayna taxılının idxalına qarşı etiraz aksiyaları keçirmək niyyətindədirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Litva Milli Radio və Televiziyası məlumat yayıb.
Məlumata görə, fermerlər Litvanın Kalvariya şəhəri ilə Polşanın Budzisk şəhəri arasındakı sərhəd keçid məntəqəsində Ukrayna taxılını və digər kənd təsərrüfatı məhsullarını daşıya bilən bütün nəqliyyat vasitələrini dayandırıb yoxlamaq niyyətindədirlər.
Bizim.Media