Macarıstan parlamenti fevralın 10-da istefa verdiyini açıqlayan ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, deputatlar qış tətilindən sonra parlamentin milli televiziyada yayımlanan ilk iclasında Novakın istefası barədə bəyanatını yekdilliklə təsdiqləyiblər.
Qeyd edək ki, dövlət başçısı xalqa müraciətində qərarını uşaqlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkum olunmuş kişini əfv etməsinin ölkədə ictimai qınağa səbəb olması ilə izah edib.
Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyi irəli sürülüb.
Bizim.Media