“Rusiya Prezidenti Vladimir Putin mənə Türkiyəyə səfərini çox gecikdirməyəcəyini bildirib”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Putin həmçinin mənə Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.
Bizim.Media