ABŞ-dakı Azərbaycan vətəndaşları yeni ümumvətəndaş pasportları ilə təmin edilib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi yayıb.
Mənbə qeyd edib ki, Çikaqo şəhərində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib.
Səyyar konsulluq xidməti zamanı vətəndaşlarımız əsasən konsulluq qeydiyyatına alınaraq, yeni ümumvətəndaş pasportları ilə təmin ediliblər.



Bizim.Media