Ukrayna istehsal etdiyi dronlarla Rusiyanın strateji obyektlərinə zərbələr endirib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Kiyevdə keçirilən “Ukrayna – 2024-cü il” beynəlxalq forumunda Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin deyib.
Onun sözlərinə görə, bu il ukraynalılar milli yerüstü robot sistemləri haqqında daha çox eşidəcəklər:
“Keçən il böyük miqyasda havada, dənizdə dronlar gördük. Bu il onları yerdə gördüyümüz il olacaq”.
Qeyd edək ki, daha öncə Ukraynanın müdafiə naziri Rustem Umerov eyni tədbirdə ölkəsinin cari il üçün nəticə verəcək güclü planı olduğunu açıqlayıb.
Bizim.Media