Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız çökməyəcək.
Bizim.Media “Pul Pervoqo” saytına istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib.
Prezidentin sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb:
“Hesab edirəm ki, bu ölkə təşkilata üzv olmalıdır”.

Bizim.Media