Rusiyalı müxalifət lideri Aleksey Navalnının nəşi anası Lyudmila İvanovna Navalnayaya təhvil verilib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.
Bizim.Media