Ermənistanın KTMT Parlament Assambleyasındakı (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə KTMT PA koordinatoru Əlişir Erbayev bildirib.
“KTMT-dən Ermənistan istisna olmaqla, demək olar ki, bütün ölkələrdən müşahidəçilər var. Bildiyiniz kimi, KTMT PA kollegial qurumdur və onlar belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”.
Bizim.Media