Yaponiya sahillərində güclü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən 190 km cənub-şərqdə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 10 km dərinlikdə yerləşib.Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
Bizim.Media