"Ukrayna ilə sərhəddə Polşa rəsmiləri ilə görüş bu gün baş tutmadı".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
O bildirib ki, Ukrayna nümayəndə heyəti bu gün Polşa ilə sərhədə gedib, danışıqlar üçün qarşı tərəfin rəsmilərini gözləsələr də, Polşa tərəfi danışıqlara gəlməyib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin bu gün sərhəddə olacağını açıqlayıb. O bildirib ki, qarşı tərəfin gəlib-gəlməyəcəyi onların şəxsi qərarıdır.
Qeyd edək ki, ötən gün Zelenski fermerlərin genişmiqyaslı etirazları fonunda Ukrayna tərəfinin sərhəd buraxılış məntəqəsinin blokadası ilə bağlı polşa əhalisinə müraciət edib.
O, Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə danışıqlara dəvət edib.
Bizim.Media