Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətini raket və dronlarla atəşə tutub. Zərərsizləşdirilmiş dronlardan biri müəssisə binalarından birinə düşərək üç nəfərin həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, zərərsizləşdirilmiş dronlardan biri Odessanın sahil zonasında müəssisə binasının üzərinə düşüb, dağıntılara və yanğına səbəb olub. Yanğının söndürülməsi və dağıntıların ayırd edilməsi zamanı üç nəfərin meyiti tapılıb.
Axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Bizim.Media