Böyük Britaniya dörd gəmiçilik şirkətinə sanksiya tətbiq edib.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Qeyd edilib ki, Türkiyənin “Active Denizcilik Ve Gemi Isletmeciligi Anonim Şirketi” və “Beks Ship Management And Trading Joint Stock Company”, həmçinin BƏƏ-nin “Fractal Marine Dmcc” və “Paramount Energy & Commodities SA” (Cenevrə, İsveçrə) şirkətləri enerji sektorunda biznes qurmaqla Rusiyanın dəstəyindən faydalandıqları üçün sanksiyaya məruz qalıblar.
Bildirilib ki, “Paramount Energy & Commodities SA” şirkəti ilə əlaqəli Niderland vətəndaşı Nils Oskar Troost da “qara siyahı”ya salınıb.
Bizim.Media