Böyük Britaniya Ukraynaya daha “200” ədəd “Brimstone” raketi tədarük edəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps parlamentin İcmalar Palatasında çıxışı zamanı məlumat verib.
O bildirib ki, yaxın gələcəkdə Kiyev Londondan, həmçinin PUA-lar, radioelektron mübarizə avadanlıqları, Ukraynaya Beynəlxalq Yardım Fondundan alınmış minalardan təmizləmə və digər növ texnikalar da alacaq.
Bizim.Media