Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.
Sənədə əsasən, müharibənin Avropa ərazisinə qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini artırıb. Strategiyanın ilkin prioriteti isə Ukraynaya PUA-ların çatdırılması planının uğurla həyata keçirilməsidir.
Bizim.Media