Qərbin növbəti HƏDƏFİ – Aİ-nin vədləri Gürcüstanı UÇURUMA APARIR

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Gürcüstan Aİ-yə üzvü olmaq üçün Brüsselin xarici siyasət kursuna tam şəkildə uyğunlaşmalıdır.

O, həmçinin Gürcüstanı “anti-Qərb dezinformasiyası ilə mübarizə aparmağa” çağırıb: 

"Bu gün Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusunu almasından sonra ilk görüşümüzdür. Avropa İttifaqı ümumi dəyərlərə və prinsiplərə əsaslanan bir cəmiyyətdir və bu, indi yaşadığımız çox mürəkkəb və hətta təhlükəli geosiyasi şəraitdə xüsusilə vacibdir. Biz sizin strateji səylərinizi alqışlayırıq, sizin xarici siyasətinizin Aİ-nin xarici siyasətinə uyğunlaşdırılmasının bir qədər də dərinləşməsini alqışlayırıq, lakin növbəti illərdə biz bu inteqrasiyanın daha əhəmiyyətli dərəcədə yüksək olacağını gözləyirik. 

Biz həmçinin anti-Qərb dezinformasiyasının və ritorikasının yayılmasından narahatıq və sizi informasiya manipulyasiyası və seçkilərə kənar müdaxilə ilə mübarizədə səylərinizi ikiqat artırmağa çağırırıq”.

Avropa İttifaqına daxil olmaq üçün bütün namizəd ölkələrə qarşı qoyulan şərtlərdən biri də birliyin xarici siyasətinə, o cümlədən sanksiyalar məsələsinə tam riayət etməkdir.

Keçən il Borrell və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində bildiriblər ki, Aİ xarici ölkələrlə münasibətlərini onların “Ukraynadakı münaqişə” və “Çinin dünya səhnəsində rolunun güclənməsilə bağlı tutduğu mövqelərindən asılı olaraq” quracaq.

Buradan görünür ki, Aİ Tiflisi fəlakətə sürükləyir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov təcrübəyə əsasən bildirir ki, Qərbə etibar edən, onun tələblərini icra edənlər son nəticədə ağır duruma düşürlər: 

“Avropa İttifaqı Gürcüstana münasibətdə tələblərini təbii ki, gün keçdikcə daha da sərtləşdirəcək. Belə olan halda, Tiflisi mümkün qədər qapı ağzında saxlamağa çalışacaq. Gürcüstanın qısa müddətdə Aİ-yə qəbul olunacağını gözləmirəm. 

Bunun üçün də bir sıra əsas tələbləri var. Birincisi, buna görə Tiflis antirusiya mövqeyi tutmalıdır. İkincisi, Qərbi, qərb dəyərlərini, qərb siyasətini təbliğ etməli, anti-Qərb təbliğatının qarşısını almalıdır. 

Tiflis Aİ standartlarına uyğunlaşacaqmı? Aİ-nin tələblərini yerinə yetirdikdən sonra, NATO ilə bağlı baş verən hadisələr eynilə burada da təkrar olunacaqmı? 

Bunları yaxın gələcək göstərəcək. Ancaq təcrübə onu deyir ki, Qərbə etibar edənlər, onun tələblərini icra edənlər son nəticədə ağır duruma düşür. Sonda da məlum olur ki, Qərb verdiyi sözün arxasında durmur, yaxud da durmaq iqtidarında deyil. Bu baxımdan qarşıda Tiflisi ciddi problemlər gözləyir. Aİ-nin sərt tələblərinə dönmədən əməl etmək, şübhəsiz ki, bu problemləri bir az da artıracaq”.    

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə MDB üzvlüyündən çıxır

Bu ölkə MDB üzvlüyündən çıxır

İsrail səfirliyi: "20 Yanvar Azərbaycan tarixinin həm faciə, həm də cəsarət günüdür" - FOTO

İsrail səfirliyi: "20 Yanvar Azərbaycan tarixinin həm faciə, həm də cəsarət günüdür" - FOTO

ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO

ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO

Diplomu saxta çıxmış tanınmış psixoloq həbs EDİLİB?

Diplomu saxta çıxmış tanınmış psixoloq həbs EDİLİB?

20 Yanvar hadisələri ilə əlaqədar verilən mənzillərin SAYI

20 Yanvar hadisələri ilə əlaqədar verilən mənzillərin SAYI

Rəsmilər Şəhidlər xiyabanında – FOTO

Rəsmilər Şəhidlər xiyabanında – FOTO

“Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

“Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

Sovet ordusu Azərbaycan xalqının iradəsini sındıra bilmədi - Litva Prezidenti

Sovet ordusu Azərbaycan xalqının iradəsini sındıra bilmədi - Litva Prezidenti

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları LƏĞV EDİLİR – Bu ifadələrlə əvəz olunacaq

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları LƏĞV EDİLİR – Bu ifadələrlə əvəz olunacaq

Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ

Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ

İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

“İnter” “Arsenal”a qarşı - ÇL

“İnter” “Arsenal”a qarşı - ÇL

Böyrək daşları niyə qışda daha çox əmələ gəlir?

Böyrək daşları niyə qışda daha çox əmələ gəlir?

Səfər Əbiyevə ağır itki üz verib

Səfər Əbiyevə ağır itki üz verib

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Qazaxda güclü qar fəsadlar yaratdı: Evin talvarı çökdü, avtomobillər əzildi - FOTO/VİDEO

Qazaxda güclü qar fəsadlar yaratdı: Evin talvarı çökdü, avtomobillər əzildi - FOTO/VİDEO

Şimal bölgəsində ən çox qar bu əraziyə yağıb – FOTO

Şimal bölgəsində ən çox qar bu əraziyə yağıb – FOTO

Lənkəranda işıqlar niyə söndürülür?

Lənkəranda işıqlar niyə söndürülür?

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

End of content

No more pages to load

RADİO