Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin Rusiya seqmentində yayılıb.
Jirinovski deyib ki, Ərdoğan Ukrayna, Liviya və Qarabağda Rusiyaya mane olur:
“O, bir çox ölkələrdə bizim “fırlanan çarxımızı” dayandırır. Ərdoğanı sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır”.
Partiya lideri bildirib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlarla Rusiya əsgərləri dünyasını dəyişir.
Bizim.Media