Türkiyədə koronavirusa yoluxma sayının artdığı bu günlərdə reytinqli serialların çəkiliş meydanlarından da yoluxma xəbərləri gəlir.
Bizim.Media xəbər verir ki, “Show Tv” də yayımlanan “Alev alev” serialının aktyor heyəti arasında aparılan koronavirus testlərindən 22 nəfərin nəticəsi müsbət çıxıb.
Buna görə də, təcili olaraq serialın çəkilişləri dayandırılıb.
Bizim.Media