Fanat səhifələrinin birində Rusiyalı idmançı və siyasi xadim Alina Kabayevanın şəxsi həyatına aid arxiv fotolar paylaşılıb.
Bizim.Media "quicker.news.com"a istinadən xəbər verir ki, Alina Kabayevanın şəkilləri onun gənclik illərinə aiddir.
Xatırladaq ki, məşhur bədii gimnast, Rusiyanın əməkdar idman ustası Alina hazırda "Milli Media Qrupu İctimai Şura"sına rəhbərlik edir.
Adı çəkilən şuranın nəzarətində "İzvestiya”, "Kanal 1” və "REN TV” kimi mediaholdinqlər var.
Onu da deyək ki, 2008-ci ildən başlayaraq Alina Kabayevanın Rusiya prezidenti ilə sevgili olduğu barədə xəbərlər yayılıb. Lakin həm Alina, həm də Putin məlumatı təkzib edib.
Sözügedən informasiyalar "Moskovskiy korrespondent", "Spiegel", "Stern", "Die Welt", "Die Presse", "New York Post", "Paris Match" kimi nəşrlərdə dərc olunub.
Alina Kabayevanın internetə sızdırılan fotolarını təqdim edirik.
Bizim.Media

