ABŞ Prezidenti Co Bayden Oval Ofisdə jurnalistlərlə görüşü zamanı bir gün əvvəl vəfat edən Böyük Britaniya Kraliçası 2-ci Yelizavetanın əri, Edinburq hersoqu Şahzadə Filipin xatirəsini ehtiramla yad edib.
Bizim.Media xəbər verir ki, Co Bayden İkinci Dünya Müharibəsi zamanı mərhum şahzadənin şücaətini xatırladaraq "O çox yaxşı oğlan idi" deyib.
“Düşünürəm ki, xüsusilə Birləşmiş Krallıqda onun üçün darıxacaqlar. Doxsan doqquz yaşınadək heç vaxt fəlaiyyətindən qalmayıb. Mən buna heyran qalmışam”, deyə Ağ Evin sahibi qeyd edib.
Bizim.Media