Aprelin 10-da Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Kaqoşima prefekturasına daxil olan Tokara adası yaxınlığında, ocağının isə okeanın dibindən 20 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bizim.Media