Ukraynalı müğənnilər arasında qalamqal yaşanıb.
Bizim.Media “7days”ə istinadən xəbər verir ki, 28 yaşlı müğənni Mari Kraymbreri “Qızıl qrammofon”da ötən il baş verən qalmaqala münasibət bildirib.
Xatırladaq ki, həmin vaxt adı çəkilən müğənni ilə həmkarı Svetlana Loboda arasında “vanna dava”sı yaşanıb.
Belə ki, Marinin də ifası üçün hazırlanan səhnəcikdə vanna olub. “Viaqra”nın eks solisti Svetlana isə buna etiraz edib. Çünki həmin vanna onun çıxışı üçün nəzərdə tutulub.
Marinin sözlərinə görə ,onun vanna məsələsindən xəbəri olmayıb:
“Həmin tədbirdə ilk çıxışım idi və hazırlaşırdım. Svetlana ilə indiyədək heç bir mübahisəm olmayıb. Ümid edirəm ki, Loboda da mənə qarşı kin saxlamır”.
Qalmaqala səbəb olan vannanın fotosunu təqdim edirik.
Bizim.Media