Böyük Britaniyada “Moderna” peyvəndinin istifadəsinə başlanıb.
Bizim.Media xəbər verir ki, “Moderna”, “Pfizer-BioNTech” və “AstraZeneca”dan sonra istifadəsi təsdiqlənmiş üçüncü peyvənddir.
“Moderna” peyvəndinin ilk dozası 24 yaşlı Elle Taylor adlı gənc qıza vurulub. Böyük Britaniya 17 milyon doza “Moderna” peyvəndi satın alıb.
Britaniyada indiyədək, 31,7 milyon insana peyvəndin ilk dozası ,5.6 milyon insana isə ikinci dozası vurulub.
Bizim.Media