Moderator.az xa0xəbər verir ki, Almaniya ilə Çin arasındakı əlaqələr kofta səbəbindən gərginləşdi.xa0
Belə ki, Almaniyada satılan və üzərində: “Bir iti xilas etmək üçün bir çinlini yeyin”x9d yazılmış koftalar Çində böyük hiddətə səbəb oldu.
Çin hökuməti Almaniyadan “Bir iti xilas etmək üçün bir çinlini yeyin”x9d, “Bir köpək balığını xilas etmək üçün bir çinlini yeyin”x9d yazılmış koftaların satışını dayandırmağı və istehsalçı firmanın çinlilərdən üzr istəməsini tələb edib.xa0
Çinin Berlindəki səfirliyi də bu tələblə Alman məhkəməsinə müraciyət ünvanlayıb.
Həmin koftaları istehsal edən Spreadshirt firması çinlilərə yönəlmiş üzürxahlıq açıqlaması yaysa da Çin hökuməti bununla razılaşmayıb və koftaların satışının qadağan olunmasını istəyib.



Yaqub