Türkiyə Silahlı Qüvvətlərinin (TSK) iki hərbçisi şəhid olub.
Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin "Zeytun budağı" əməliyyatı bölgəsinə PKK/YPG terror təşkilatı tərəfindən hücum edilib.
İlkin təsbitlərə görə türk hərbçiləri qarşı tərəfdən ən azı 3 terrorçunu zərərsizləşdirib.
Açıqlamada bölgədə müəyyən olunan terror hədəflərinin hazırda atəşə tutulduğu bildirilir.
Bizim.Media