Şri-Lankada keçirilən gözəllik müsabiqəsində indiyədək görünməmiş hal baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Miss Şri-Lanka" gözəli seçilən Puşpika De Silvanın tacı səhnədəcə başından götürülüb.
Bunu 2019-cu ilin gözəllik müsabiqəsinin qalibi olan Kerolayn Curi edib. O bildirib ki, Silva boşandığından onun qalib olması müsabiqənin qaydalarına ziddir.
Bundan sonra Curi tacı müsabiqədə ikinci yeri qazanan qızın başına qoyub, Silva isə səhnəni tərk edib.
Sonra Kerolayn Curi sosial media hesabında boşanmadığnı, sadəcə həyat yoldaşı ilə ayrı yaşadığnı söyləyib. Məsələ ilə bağlı araşdırma aparılıb. Və gözəllik tacı sahibinə - Kerolayn Curiyə qaytarılıb.
Bizim.Media