Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Telegram kanalında Konyada təlim uçuşu zamanı qəzada bir pilotun öldüyünü yazıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
"Türk xalqına, Silahlı Qüvvələrə və pilotun ailəsinə başsağlığı verirəm", deyə Ərdoğan qeyd edib. Bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinin NF-5 qırıcısının qəzaya uğradığı bildirilmişdi.
Bu təyyarə “Türk Yıldızları” (Türk Ulduzları) pilotaj komandasına daxil olub.
Bizim.Media