Türkiyədə dövlət çevrilişinə cəhd edən zabitlər ömürlük həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “vesti.ru” saytı yayıb.
Türkiyə məhkəməsi 2016-cı ildə hərbi çevriliş cəhdində iştirak edən 22 keçmiş hərbçinin hökmünü açıqlayıb.
Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri ömürlük həbs cəzası alıb. Onların arasında keçmiş polkovnik-leytenant Ümit Gencer və keçmiş mayor Fedakar Akçu da var.
Ümümilikdə 497 nəfər mühakimə olunub. Çevrilişin 79 iştirakçısı əvvəllər ömürlük həbs cəzası alıb.
Xatırladaq ki, 16 iyul 2016-cı il gecə radələrində Türkiyədə hərbi çevrilişə cəhd edilib. Çevriliş zamanı üsyançılar və səlahiyyətlilər arasındakı əsas qarşıdurma Ankara və İstanbulda yaşanıb. Nəticədə 240-dan çox insan ölüb, iki mindən çox insan yaralanıb.
Türk səlahiyyətlilər, ABŞ-da yaşayan Fətullah Güleni üsyan cəhdində günahlandırıb. Ankara onun təhvil verilməsini istəyir.
Çevriliş istintaqı zamanı təxminən 80 min adam həbs olunub. Hərbçilər də daxil olmaqla digər 150 min nəfər işdən çıxarılıb və ya xidmətləri dayandırılıb.
Xəyalə Həsənova, Bizim.Media