Rusiyanın paytaxtı Moskva şəhərində Livanın “Hizbullah” təşkilatının nümayəndəliyi açılacaq.
Bizim.Media xəbər verir ki, məlumatı İranın “Press TV” telekanalı yayıb.
Məlumata görə, təşkilatın parlamentdəki fraksiyasının sədri Məhəmməd Raad bu il martın ortalarında Moskvaya səfər etmişdi.
O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü.
Məlumata görə, səfərin təşəbbüskarı Rusiya olub.
Bizim.Media