Rusiya Ordusu Xerson vağzalını atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
"Dəmiryol vağzalının atəşə tutulması nəticəsində iki mülki şəxs və iki polis yaralanıb, bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub", - deyə Klimenko qeyd edib.
Nazir bildirib ki, atışma zamanı stansiyada təxliyyə qatarının yola düşməsini gözləyən 140-a yaxın insan olub.
Bizim.Media