ABŞ İsrailə HƏMAS-a qarşı əməliyyatlarda istifadə üçün bunker partlayan bombalar və on minlərlə başqa silah və artilleriya mərmisi verib.
Bizim.Media xəbər verir ki, bu barədə “WSJ” məlumat yayıb.
Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, İsrailə təxminən 15 min bomba və 57 min artilleriya mərmisinin çatdırılması 7 oktyabr hadisələrindən sonra başlayıb.
Silahların arasında 2000 funt (907 kq) ağırlığında bunker qıran BLU-109 silahlarının olduğu bildirilir.
Bizim.Media