Avropanın başı üzərindəki “DAMOKL QILINCI” – Kalininqradın maraqlı TARİXÇƏSİ

Bu gün Rusiyanın ən ucqar qərbində yerləşən Kalininqrad şəhərinin əsasının qoyulmasının ildönümüdür. 

Bizim.Media xəbər verir ki, şəhərin əsası 1255-ci ildə Tevton ordeni cəngavərləri tərəfindən qoyulub.

Dəfələrlə əl dəyişən şəhər  

1946-cı ilə qədər şəhərin adı Köninsberq idi. İkinci Dünya müharibəsinin sonuna qədər şəhər və ətraf ərazi Şərqi Prussiya adlanmaqla Almaniyanın tərkibində olub. Müharibədən sonra isə həmin ərazilər SSRİ-yə verilib. Bundan sonra 1946-cı ilin iyulun 4-də şəhərin adı dəyişdirilərək, Kalininqrad adlandırılıb. 

Əslində Kalininqrad şəhərinin yerləşdiyi ərazi ilə Rusiyanı kifayət qədər uzunmüddətli tarix birləşdirir. Belə ki, bu ərazi İkinci Dünya Müharibəsi nəticəsində Sovet İttifaqının tərkibinə daxil olmamışdan xeyli əvvəl rusların əlində olub.

Hələ 18-ci əsrdə, 1758-ci ildə yeddi illik müharibə zamanı şəhər sakinləri Rusiya imperatoru Yelizaveta Petrovnaya sədaqətlərini ifadə ediblər. 1762-ci ildə sülh müqaviləsi imzalanana qədər Şərqi Prussiyanın bütün ərazisi Rusiya imperiyasının hakimiyyəti altında olub. 
Onu da qeyd edək ki, məşhur alman filosofu İmmanuel Kant da Köninsberq şəhərində yaşayıb. Şərqi Prussiya Rusiyanın nəzarəti altına keçəndə İmmanuel Kant Rusiya vətəndaşlığını qəbul edib.

Bu ərazilərin qaytarılması 1945-ci il oktyabrın 17-də, rəsmi olaraq SSRİ-nin tərkibinə daxil olduqda baş verdi. Şəhər 1946-cı il iyunun 3-də vəfat etmiş, Sovet siyasətçisi Mixail Kalininin şərəfinə Kalininqrad adlandırılır. 

Almanların Köniqsberqdən köçü 

İkinci Dünya Müharibəsindən əvvəl Köniqsberq şəhəri və onun ətrafında təxminən 370 min alman yaşayıb. Lakin ərazi SSRİ-nin tərkibinə daxil olana qədər orada cəmi 20 minə yaxın insan qaldı. Onlar üçün almandilli məktəblər təşkil edildi, qəzet nəşr olundu, əhalinin sovet quruluşunun reallıqlarına uyğunlaşdırılması istiqamətində işlər aparıldı. 

Bütün bunlara baxmayaraq, almanların paralel olaraq Köniqsberqdən Almaniyaya deportasiyası qərara alındı. Gedən sakinlərin əvəzinə ölkənin hər yerindən SSRİ vətəndaşlarının Kalininqrada və onun ətrafına axını həyata keçirildi. 

Kalininqrad şəhəri SSRİ dağılana qədər kifayət qədər yarıqapalı idi və əcnəbilərin ora daxil ola bilmirdilər. Bu, rayon və şəhər ərazisində çoxlu sayda sovet qoşunlarının olması, eləcə də ərazinin kifayət qədər mühüm mövqeyi ilə bağlı idi. 

Kalininqrad qapalı statusunu necə itirdi?

Keçən əsrin 90-cı illərində ölkənin həyatı kəskin şəkildə dəyişdi və bu, Kalininqrada da öz təsirini göstərdi. Şəhər qapalı statusunu itirdi, Avropa ölkələri ilə, ilk növbədə Polşa və Almaniya ilə iqtisadi əlaqələr qurmağa başladı.

Nəticədə Kalininqrad şəhəri Avropanın bir sıra yerlərilə mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələr yaratdı. Lakin Rusiyanın Ukrayna ilə müharibəsindən sonra bu münasibətlər kəsilib. 

Hazırda Kalininqradda 490 mindən çox əhali yaşayır. Vilayətin əhalisinin sayı isə 1 milyondan bir qədər artıqdır ki, onların da 82 faizini ruslar təşkil edir. 

Avropanın başı üzərindəki “Damokl qılıncı”

Onu da vurğulayaq ki, Kalininqrad mühüm nəqliyyat qovşağında yerləşən şəhərdir. Şəhərin tarixini 4 dövrə bölmək olar. Birinci mərhələ 1255-ci ilə qədər olan qədimprussiya məskənləri mərhələsidir. 1454-1657-ci ilə qədər olan ikinci mərhələdə isə şəhər Kruleves adlanmaqla Polşanın tərkibinə daxil idi. Üçüncü mərhələ 1657-1945-ci illəri əhatə edir ki, həmin dövrdə şəhər alam şəhəri olmaqla Köninsberq adlanırdı. 1945-ci ildən bəri isə şəhər Kalininqrad adlanmaqla əvvəl SSRİ, indi isə Rusiyanın tərkibindədir. 

Qeyd edək ki, sovet dövründə müharibədə nəticəsində dağılan köhnə şəhər bərpa edilməyib. Qala xarabalıqları etirazlara baxmayaraq, keçən əsrin 60-cı illərin sonlarında tamamilə sökülür.

Ukrayna müharibəsinə qədər şəhərdə adminstrariv və viza yardımları ilə əlaqədar çoxsaylı xarici təşkilatlar fəaliyyət göstərirdi. 

Onlar arasında İtaliya, İspaniya, Malta, Avstriya, Bolqarıstan, Norveç, İsveçrə, Niderland, Çexiya, İsveç, Sloveniya və Finlandiya  viza mərkəzi var idi. Burada həmçinin Almaniya, Litva və Polşa Baş Konsulluqları da yerləşir. XXI əsrdə şəhərə tarixi adının qaytarılması məsələsi dəfələrlə qaldırılsa da hələlik bu məsələ öz həllini tapmayıb. Kalininqrad Rusiyanın 25 ən iri sənaye mərkəzlərindən biridir. 

Bundan əlavə, Ukrayna müharibəsi başladıqdan sonra bölgənin hərbi əhəmiyyəti də xeyli artıb. Belə ki, Avropanın əsas şəhərlərinə olduqca yaxın məsafədə yerləşən Kalininqradda Rusiyanın orta və uzunmənzilli, nüvə başlığı daşıya bilən ballistik raketləri yerləşdirilib. Bəzi rusiyalı siyasətçilər NATO ölkələrini dəfələrlə məhz Kalininqraddan hədəf almaqla təhdid ediblər.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO