Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova əri Maksim Qalkin və uşaqları ilə 30 martda nəvəsi Klavdiya Zemtsovanın 9 yaşını qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni özünün “İnstagram” səhifəsində fotolar paylaşıb.
Ad günü gecəsində Filip Kirkorovun övladları və müğənni Yasemin də daxil olmaqla məşhur qonaqlar iştirak ediblər.
Sosial mediada Primadonnanın pərəstişkarları onun paylaşdığı fotolara xoş sözlər yazıblar:
"Puqaçova həm yaşa görə gözəl geyinməyi, həm də istədiyi zaman seksual olmağı bacarır", " Alla gözəldir ", "Alla Borisovna elə od kimi görünür”.
Bizim.Media


