Argentina prezidenti Alberto Fernandes koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, o, bu haqda Tvitterdə səhifəsində yazıb.
"Bu axşam hərarətim 37,3-ə yüksəldikdən və yüngül baş ağrısı olduqdan sonra mən antigenin üzə çıxardılması üçün test verdim, hansı ki, nəticəsi müsbət oldu", - deyə dövlət başçısı qeyd edib.
Fernandes artıq özünü təcrid etdiyini, həkimlərin tövsiyələrini yerinə yetirdiyini vurğulayıb.
Bizim.Media