Rumıniyanın səhiyyə naziri Vlad Voykulesku qapalı məkanda tibbi maska taxmadığına görə cərimələnib.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, o, təxminən 360 dollar məbləğində cərimə olunub.
V.Voykuleskunun bazar ertəsi parlament binasında maskasız çəkilən fotoları sosial şəbəkədə yayılıb. Həmin fotolarda nazirin dəhlizdə maskasız olduğu görünüb.
Bizim.Media