Ukraynanın şərqindəki təmas xəttində iki tərəf arasında vəziyyət gərgindir.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.
Məlumatda qeyd edilib ki, NATO hərbçilərini Ukraynada yerləşdirərsə, lazımi tədbirləri görüləcək.
“Kiyevin Ukraynaya NATO hərbçilərini yerləşdirməsinə dair açıqlaması qəbuledilməzdir”, - açıqlamada deyilib. bildirilib.
Qeyd edək ki, NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri aprelin 2-də Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə bağlı toplantı keçirib.
Bizim.Media