Erməni diasporu ABŞ Konqresindən Ermənistan və Qarabağ üçün 100 milyon dollardan çox yardım tələb edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı yayıb.
Mənbə yazır ki, Amerikanın Erməni Milli Komitəsi Konqresin erməni məsələləri üzrə işçi qrupunun ermənilərə yardım tələbi qaldırdığını açıqlayıb.
Müvafiq təklif konqresmenlər Frank Pallone, Jackie Speyer və Adam Schiff tərəfindən ünvanlanan məktubda yer alıb.
ABŞ Nümayəndələr Palatasının Xarici Əməliyyatlar üzrə Yardım Komitəsinin rəhbəri Barbara Linin adına ünvanlanan müraciətdə vəsaitin mənzil, ərzaq təhlükəsizliyi, su təchizatı və kanalizasiya, tibbi yardım və qaçqınlara yardım, reabilitasiya və infrastruktur ehtiyaclarına xərclənəcəyi qeyd olunur.
Maliyyənin Qarabağ ermənilərinə birbaşa yardım üçün nəzərdə tutulduğu bildirilib.
Bizim.Media