Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskovun xidməti maşını qəzaya düşüb.
Bizim.Media “og.ru” saytına istinadla xəbər verir ki, hadisə Moskvada, Volqoqrad prospektində baş verib.
Məlumata görə, Kremlin sözçüsü üçün təyin olunan avtomobil taksi ilə toqquşub. Qəza zamanı məmur özü avtomobildə olmayıb və hadisə zamanı heç kəs xəsarət almayıb.
Qəza zamanı avtomobilin təkəri və qapısı zərər görüb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media