Facebook şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın videosunu gəlini Lara Trampın səhifəsindən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı verib.
Sosial media nəhəngi yanvar ayında Vaşinqtonun Kapitol binasında Tramp tərəfdarlarının törətdiyi iğtişaşlara görə onun platformasına qadağa qoymuşdu.
“Fox News”un yeni məsləhətçisi Lara Tramp Trampdan bir sıra mövzularda müsahibə aldığının videosunu paylaşıb.
Daha sonra o, qadağa haqda xəbərdarlıq edən “Facebook”dan aldığı e-poçtun ekran görüntüsünü (skrinşot) “İnstagram”da yayımlayıb:
“Biz bu qadağa ilə Donald Trampın Facebook və İnstagram hesablarına yerləşdirdiyimiz mətnləri siləcəyik və hesabınıza məhdudiyyətlər qoyacağıq”.
Xəyalə Həsənova, Bizim.Media