Aktrisa Bergüzar Korel istintaqa cəlb edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb sənətçinin sosial şəbəkədə paylaşımları olub.
Aktrisa nifrət və düşmənçilik yaratmaq, cəmiyyəti alçaltmaqda ittiham edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, aktrisanın adına başqa bir hesab açılıb və sözügedən statuslar onun sözləri kimi qələmə verilib.
B.Korel onun adından saxta hesab açanlar barədə şikayətçi olub.
Bizim.Media