ABŞ Ordusu "Qarabağ müharibəsi dərslərində" sinifdə qaldı – “Foreign Policy” Vətən müharibəsindən yazdı 

ABŞ-ın nüfuzlu jurnalı “Foreign Policy”nin Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç Qarabağ müharibəsində Azərbaycanın göstərdiyi döyüş taktikasından geniş yazı dərc edib. 

Müəllif 44 günlük Vətən savaşında istifadə edilən PUA və kamikaze dronlarının müasir döyüş meydanında olan əhəmiyyətli rollarından bəhs edib:

“Ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu:

İndi artıq qoşunları “tutmaq” və məhv etmək həm asan, həm də ucuz olub”.

 

MÖVZU İLƏ BAĞLI:

''Forbes'' - ''Ermənilər 1994-cü ildəkinə bənzər savaş aparacaqlarını gözləyirdi'' 


Bundan başqa məqalədə dronların milyonlarla pul xərclənən hərbi texnikalardan qat-qat ucuz və əlverişli olduğundan da  söz açılıb:

“Çox da baha olmayan döyüş dronları yaxın gələcəkdə mövqelərini tərk edən, məsələn yuyunmağa gedən əsgərləri bir anda məhv edəcək”.

ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou isə Azərbaycan müdafiə Nazirliyinin yaydığı videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğu anların aydın göründüyünü qeyd edir.

Polkovnikin fikrincə , ABŞ bundan sonra Çin kimi rəqiblərə qarşı hava qüdrəti üstünlüyünə malik deyil. Hazırda hətta yoxsul ölkələr də özləri üçün hərbi-hava qüvvəsi ala bilərlər:
 

“Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”.


Məqalədə 44 günlük müharibə də Azərbaycanın göstərdiyi döyüş taktikaları belə təsvir olunub:

“Altı həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı Bayraktar TB2 dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib.

Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir”.

“Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası”

Digər sətrdə Deç yazır:

“Azərbaycan Prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raket müdafiə sistemi…

Bundan başqa Prezident Türkiyə dronları ilə Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası və döyüş avadanlığı məhv edildiyini qeyd edib.

Polkovnik Şou “Bəziləri düşünürlər ki, Dağlıq Qarabağdakı müharibə ABŞ hərbiyyəsinin əsasən güvəndiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib”,- deyə qeyd edir.

Ekspertlərin fikrincə isə, indi Birləşmiş Ştatlar keçmişdə olduğu kimi üzücü “vur-dağıt” tipli müharibəyə hazır olmalıdır.

“Dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək”

Polkovnik Şounun fikrincə gələcəkdə  ucuz olan pilotsuz aparatlar təkcə havada deyil,  quruda və dənizlərdə də istifadə ediləcək.

Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasının direktivini yerinə yetirməyə çalışırdı. Bu direktiv 355 gəmilik hərbi donanmada heyətsiz gəmilərə daha çox investisiyalar yatırılmasını nəzərdə tuturdu. Hərçənd Bayden administrasiyasının bu məsələyə necə yanaşacağı hələlik məlum deyil. Pilotsuz uçuş aparatları getdikcə daha da ölümcül olacaq.

Piyada qoşunlarında xidmət etmiş Şounun fikrincə dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək. Onları vurmaq çətinləşdikcə, qurudakı qoşunları məhv etmək asanlaşacaq, döyüş meydanlarının müşahidəsi isə daha ucuz başa gələcək. O, qeyd edib ki, daha zəif rəqib tərəfindən öldürülməmək üçün yeni yollar axtarılmalıdır.

“Qarabağ müharibəsinin videolarına baxan ABŞ əsgərləri”

 

Deç yazır ki, bu ABŞ-ın ənənəvi müharibə manevr üslübü üçün yeni çətinliklər yaradır. Məsələn, ABŞ ordusu son 20 ildə İraq və Əfqanıstan müharibələrində FM dalğaları ilə aparılan kommunikasiyaya güvənib.


Halbuki, Rusiya kimi ölkələr döyüş birliklərinin yerini aşkara çıxarıb zərbə endirmək sahəsində daha da ustalaşırlar.

Polkovnik Şou deyir:

“Sən döyüş maşınını harda istəsən gizlədə bilrəsən. Amma sən döyüş mövqeyinə gedən izləri, tank tırtıllarının izlərini gizlədə bilməzsən. Ayaq izləri də bu qəbildəndir. Odur ki, taktiki səviyyədə biz hərəkətlərimizi, mövqelərimizi, qərargahlarımızı gizlətməyin yollarını axtarmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” “Konyaspor”u darmadağın etdi

“Fənərbağça” “Konyaspor”u darmadağın etdi

"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

Mask buna görə dünyada İLK İNSAN oldu

Mask buna görə dünyada İLK İNSAN oldu

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

End of content

No more pages to load

RADİO