Bu gün populyar aktrisa Şeron Stounun “The Beauty of Living Twice” adlı avtobioqrafiyası işıq üzü görəcək.
Bizim.Media “rambler.ru” nəşrinə istinadən xəbər verir ki, sözügedən nəşrdə Hollivud ulduzunun həyatına aid sirlər əks olunub.
Məlumata görə, Şeron Stoun özünün tərcümeyi-halında hələ 5 yaşındaykən babası tərəfindən zorlandığını qeyd edib.
Aktrisa yazıb ki, ona qarşı cinsi təcavüz edən babası zorakılığı gizli saxlamaq üçün Şeronu ölümlə hədələyirdi:
“O qədər qorxurdum ki, bunu heç kiçik bacıma da danışa bilmirdim. Çoxsaylı psixoloji müalicələr almışdım. Zorakılığa məruz qaldığım uşaqlığımda geyindiyim parlaq don da yadımdadır”.
Bizim.Media