“Dünya xəritəsində alovlanan qaynar nöqtələrin əksəriyyətinin təbii ki, iqtisadi və siyasi səbəbləri var. Ancaq münaqişələri qızışdırmaq üçün, bir qayda olaraq, millətlərarası və dini dözümsüzlük təhrik olunur. Biz Rusiyada bunun baş verməsinə imkan verməməliyik”.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Pezidenti Vladimir Putin söyləyib.
Bildirib ki, hakimiyyət etnik mənsubiyyətinin hər hansı bir millətin nümayəndələrinə aqressiv, hörmətsiz şəkildə nümayiş etdirilməsinə, bu cür xarici münaqişələrin Rusiyaya keçməsinə icazə verməyəcək.
V.Putin bu gün rusiyalıların 80 %-dən çoxunun ölkədəki millətlərarası münasibətlərin vəziyyətini müsbət qiymətləndirdiyini deyib.
Bizim.Media