Süveyş kanalında gediş-gəlişi bağlayan “Ever Given” gəmisi yenidən quruya ilişib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi şahid və kanal rəhbərliyindəki mənbəyə istinadən yayıb.
KİV-lərin verdiyi informasiyaya görə, suyun axınının istiqaməti dəyişdiyindən gəmi yenidən kanalın eni boyunca çevrilib.
Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkə səlahiyyətlilərinin Süveyş kanalının blokadadan çıxarılması əməliyyatını uğurla başa vurduqlarını söyləyib.
Süveyş kanalında ilişib qalan konteyner gəmisi onlarla dəniz gəmisinin gediş-gəlişinə maneçilik törədib.
Bu isə gündəlik milyonlarla dollar itki deməkdur. Həm məhsul çatışmazlığı, bahalaşma yaradır, nəticədə dünya ticarəti axsayır və neftin qiymətləri artır.
Bizim.Media