“Kreml rəhbərliyində zarafat etmək adətdir”.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 1 aprel ərəfəsində söyləyib.
Peskov Kremldə işləyən şəxslərin öz aralarında zarafat edib-etmədiklərini soruşan jurnalistlərə “həm də necə”- deyə cavab verib.
“Rusiyada Aprel Günü qeyd olunur. Bu gündə əylənmək, zarafat etmək və zarafatlar təşkil etmək adətdir”-deyə Prezidentin mətbuat katibi söyləyib.
Kremlin sözçüsü Putinin onunla tez-tez zarafat etdiyini də vurğulayıb. O, Putinin necə zarafatlaşdığını izah etməyib:
"İnsani kimi"-deyərək fikrini yekunlaşdırıb.
Bizim.Media