Misirdə baş verən qatar fəlakətindən sonra bu gün paytaxt Qahirədə 10 mərtəbəli bina çöküb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin tapıntılara görə, qəza nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb.
Yerli KİV-in yazdığına görə 10 mərtəbəli binanın çökmsinin səbəbi məlum deyil və müəmmalıdır.
Qahirə qubernatorluğundan edilən açıqlamada axtarış və xilasetmə işlərinin davam etdiyi, eləcə də binada araşdırmalar üçün qrup yaradıldığı bildirilib.
Alçina Amilqızı, Bizim.Media