Türkiyədə Avropa ilə Asiya qitəsinin birləşdirən Avrasiya Tunelində maraqlı hadisə baş verib.
Bizim.media Türkiyə mətbuatına istinadla xəbər verir ki, tuneldə olarkən Seda Giray adlı müəllim avtomobildə doğuş edib.
Əri ilə doğuş üçün xəstəxanaya yollanan müəllim övladını tuneldə dünyaya gətirib
"Avrasiya tunelinə girəndə hamilə idim, çıxanda oğlumuz qucağımda idi. Düşünürəm ki, Avrasiya Tunelində dünyaya gələn ilk uşaq mənim oğlumdur",- deyə o söyləyib.
Bizim.Media

