Braziliyada son sutka ərzində daha 84 245 nəfər koronavirus infeksiyasına yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada 3650 nəfər ölüb. Bu da ölkədə indiyədək qeydə alınmış ən yüksək ölüm sayıdır.
İndiyədək Braziliyada koronavirusa ümumilikdə 12 404 414 nəfər yoluxub. Bu müddət ərzində 307 112 koronaviruslu xəstə dünyasını dəyişib.
Bizim.Media