İsraildə baş verən hərbi toqquşmalar fonunda Rusiyanın İsraildəki 4 vətəndaşı itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İsraildəki səfirliyi yayıb.
Məlumata görə, itkinlərin kimliyi haqqında hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Bizim.Media