Dünən Almaniyanın iki regionunda - Hessen və Bavariya torpaqlarında birpalatalı yerli parlament olan Landtaq-a seçkilər keçirilib.
Bizim.Media "Spiegel" nəşrinə istiandən xəbər verir ki, Hessendə keçirilən seçkilər Almaniya Sosial Demokrat Partiyasının (SDP) ən böyük məğlubiyyəti ilə başa çatıb. Bu partiyanın lideri Almaniya hökumətinin başçısı, kansler Olaf Şolzdur.
SDP seçkilərin nəticələrindən sonra 15,1 faiz səs toplayaraq antirekord vurub. Almaniyanın keçmiş kansleri Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqı (XDİ) seçkilərdə qalib gəlib.
Bavariyada da XDİ qalib gəlib (37%), SDP isə yalnız beşinci yeri tutub (8,4%).
Bizim.Media